Əsas Səhifə > Aktual > Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır
Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır19-03-2020, 17:32 |
|
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, bununla əlaqədar martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır. “Nəzərinizə çatdırırıq ki, Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-də saat 03:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır”, - deyə, ADY-dən bildirilib. Rubrika.Az Geri qayıt |