Əsas Səhifə > İdman > Azərbaycan klubu koronavirusa görə oyunçusu ilə vidalaşdı
Azərbaycan klubu koronavirusa görə oyunçusu ilə vidalaşdı19-03-2020, 17:45 |
|
"Azərreyl" komandası qadın voleybolçusu Pismaht Dorislə yollarını ayırıb. Rubrika.Az Report-a istinad edərərk bildirir ki, komanda koronavirusla bağlı Azərbaycan çempionatında yaranmış fasilə ilə əlaqədar olaraq Pismaht Doris ilə müqaviləni sonlandırmaq qərarına gəlib. Xorvatiyalı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb. "Bu komandada peşəkar məşqçi və oyunçu heyəti ilə çalışmaq mənim üçün böyük uğur idi. Yenidən Azərbaycanda görüşmək ümidilə...” deyə Doris bildirib. Rubrika.Az Geri qayıt |