Əsas Səhifə > Bölgə > Gürcüstanla Azərbaycan arasında gediş-gəliş mümkün olacaq
Gürcüstanla Azərbaycan arasında gediş-gəliş mümkün olacaq22-03-2020, 23:51 |
|
Gürcüstanla Azərbaycan arasında gediş-gəliş martın 23-dən etibarən yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq. Rubrika.Az-ın “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb. Məntəqənin iş saatları 10:00-dan 18:00-dək müəyyən olunub. Gürcüstan Baş Nazirinin başçılıq etdiyi İdarələrarası Koordinasiya Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, insanların digər keçid məntəqələrindən keçməsinə icazə verilməyəcək. Bildirilir ki, məhdudiyyətlər bütün nəzarət-buraxılış məntəqələri boyunca gün ərzində yük daşımalarına təsir göstərməyəcək. Qeyd edək ki, Gürcüstanda 54 nəfər koronavirusa yoluxub, onlardan 3-ü sağalıb. Xatırladaq ki, martın 14-dən etibarən Gürcüstanla Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Gürcüstan martın 18-dən etibarən bütün xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Rubrika.Az Geri qayıt |