Əsas Səhifə > Dünya > Ermənilər Xankəndində tibbi maska istehsal etməyə başladı...

Ermənilər Xankəndində tibbi maska istehsal etməyə başladı...


23-03-2020, 15:17
Ermənilər Xankəndində tibbi maska istehsal etməyə başladı...

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim koronavirusdan qorunmaq məqsədilə tibbi maska istehsalına başladıb.

Rubrika.Az Moderator.az-a istinadən xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, maskalar Xankəndidəki “Santex” tikiş şirkətində istehsal edilir.

Bu haqda jurnalistlərə şirkətin direktor müavini Armen Xaçatryan danışıb. Onun sözlərinə görə, müəssisənin mövcud gücü ilə gündə 5 min maska tikmək mümkündür. Hazırda hələlik hər gün 2400-3000 maska buraxılır.

Xatırladaq ki, xəbər verdiyimiz kimi, Qarabağdakı "Santex" tekstil şirkətinin rəhbəri Azərbaycan torpaqlarının işğalında fəal rol oynamış, əli dinc azərbaycanlıların qanına batmış işğalçı və terrorçu daşnak general Artur Ağabekyanın oğlu Mxitar Agabekyan olub. O, bu günlərdə xərçəng xəstəliyindən ölüb.

Rubrika.Az
Geri qayıt