Əsas Səhifə > Dünya > İranda təbii fəlakət baş verib
İranda təbii fəlakət baş verib23-03-2020, 17:21 |
|
İranın Sistan-Bəlucista, Fars, Buşəhr, Hörmüzqan, Çaharmahal vilayətlərində aramsız yağan yağışlar nəticəsində sel meydana gəlib. Rubrika.Az xəbər verir ki, təbii fəlakət nəticəsində 7 nəfər həlak olub, 2 nəfər itkin düşüb. Yuxarıda adı çəkilən vilayətlərdə infrastruktur bərbad vəziyyətə düşüb. Yollara, yaşayış və inzibati binalara böyük zərər dəyib. Bir sıra şəhərlərdən insanlar evakuasiya edilib. Rubrika.Az Geri qayıt |