Əsas Səhifə > Aktual > “PAŞA Sığorta” şirkəti koronavirusla mübarizəyə 100 min manat vəsait ayırıb

“PAŞA Sığorta” şirkəti koronavirusla mübarizəyə 100 min manat vəsait ayırıb


23-03-2020, 17:30
“PAŞA Sığorta” şirkəti koronavirusla mübarizəyə 100 min manat vəsait ayırıb


“PAŞA Sığorta” şirkəti korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla (COVID-19) Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb. Şirkət virusla mübarizə məqsədilə fondun hesabına 100 min manat məbləğində vəsait köçürüb.

Ölkəmiz tərəfindən Koronavirusla Mübarizəyə dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli sərəncamı ilə yaradılmış olan fondun açıqlanmış hesabına “PAŞA Sığorta” şirkəti də digər şirkət və qurumlar kimi qlobal təhlükə ilə mübarizəyə dəstək üçün qeyd olunan məbləği köçürüb.

Qeyd edək ki, “PAŞA” Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


Rubrika.Az
Geri qayıt