Əsas Səhifə > Cəmiyyət > Səfirlik: Bakıdan 51 nəfər Qazaxıstana yola salınıb
Səfirlik: Bakıdan 51 nəfər Qazaxıstana yola salınıb23-03-2020, 18:09 |
|
Martın 18-dən 22-nə qədər olan dövrdə Qazaxıstanın Bakıdakı səfirliyinin köməyi və iki dövlət strukturunun qarşılıqlı fəaliyyəti nəticəsində 51 Qazaxıstan vətəndaşı vətənlərinə qayıdıb. Bu barədə APA-ya Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, 19 və 22 mart tarixlərində Bakı limanından bərə ilə 41 nəfər, Bakı-Moskva-Qazaxıstan aviareysi ilə isə 10 nəfər Qazaxıstana yola salınıb. Bu gün isə daha 13 Qazaxıstan vətəndaşı Bakı limanından bərə ilə Aktau limanına yola salınacaq. Rubrika.Az Geri qayıt |