Əsas Səhifə > Dünya > Nyu-Yorkda yüzə yaxın polis koronavirusa yoluxub
Nyu-Yorkda yüzə yaxın polis koronavirusa yoluxub23-03-2020, 18:14 |
![]() Nyu-Yorkda demək olar ki, 100 polis əməkdaşı koronavirusa yoluxub. Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə şəhərin Polis departamentinin şefi Dermot Şi keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, 98 infeksiyalı xəstədən 95-i hazırda ev şəraitində müalicə alır. Şəhərdə qayda-qanunu nizamlayan orqanların indi əsas məqsədi küçələrdə insanların kütləvi şəkildə toplanmasının qarşısının alınmasından və bununla virusun yayılmasına imkan verməməkdən ibarətdir. Hazırda ABŞ-ın ən böyük iqtisadi mərkəzində 9045 koronavirusla yoluxma halı qeydə alınıb. Onlardan 63-ü ölümlə nəticələnib. Şəhər meri Bill de Blazionun söylədiyinə görə, Nyu-Yorkun koronaviruslu xəstələri bütün Amerika Birləşmiş Ştatlarında infeksiyaya yoluxanların sayının üçdə birini təşkil edir. Hazırda ABŞ dünyada koronavirus infeksiyasına məruz qalan insanların sayına görə yalnız Çin (81 min) və İtaliyadan (59 min) geri qalır. Rubrika.Az Geri qayıt |