Əsas Səhifə > Cəmiyyət > “Azərişıq” 3 günə 850 müraciətə baxıb
“Azərişıq” 3 günə 850 müraciətə baxıb23-03-2020, 18:38 |
|
Martın 20-22-i tarixlərində – Novruz bayramı günlərində “Azərişıq” ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb. “Azərişıq”dan Yenisabah.az-a daxil olan məlumata görə, bu müraciətlərin hamısı öz həllini tapıb: “Azərişıq” rəhbərliyi başda olmaqla bütün əməkdaşlarımız gücləndirlmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi hazırda da ölkə ərazisində elektrik enerjisi təchizatının dayanıqlığı qaydasındadır. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, “Azərişıq” ASC-nin facebook, instagram sosial şəbəkələri yaxud, whatsapp (+994772176762) vasitəsi ilə sual, şikayət və təklifləri cavablandırılır”. Rubrika.Az Geri qayıt |