Əsas Səhifə > Bölgə > Lənkəranda koronavirusla mübarizə məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür

Lənkəranda koronavirusla mübarizə məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür


23-03-2020, 18:43
Lənkəranda koronavirusla mübarizə məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür



Ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəran rayonunda da koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Rubrika.Az xəbər verir ki, koronavirusla mübarizə məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş qrafik əsasında müvafiq dövlət qurumlarının səyləri ilə rayonun bütün ümumtəhsil, səhiyyə və mədəniyyət müəssisələri, idarə və təşkilatların inzibati binaları dezinfeksiya edilir.

Bundan əlavə, Lənkəran şəhərdəki iki doqquzmərtəbəli, həmçinin ayrı-ayrı ünvanlarda yerləşən 70-ə yaxın çoxmərtəbəli binanın girişləri, liftləri, meydançalar, parklar, ictimai nəqliyyat vasitələri, ticarət və ictimai iaşə obyektləri mütəmadi dezinfeksiya olunur. Dezinfeksiya zamanı istifadə olunan məhlullar virusun tam məhvini təmin edir.

Rayon ərazisində yarana biləcək hər hansı təhlükənin qarşısının alınmasından ötrü şəhərin bütün xidmət sahələri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərlə yanaşı, sakinlərə mütəmadi olaraq şəxsi və kollektiv gigiyena tələblərinə riayət etməyin vacibliyi də izah edilir.//AZƏRTAC


Lənkəranda koronavirusla mübarizə məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür

Lənkəranda koronavirusla mübarizə məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür

Lənkəranda koronavirusla mübarizə məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür

Lənkəranda koronavirusla mübarizə məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür

Lənkəranda koronavirusla mübarizə məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür

Lənkəranda koronavirusla mübarizə məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür


Rubrika.Az
Geri qayıt