Əsas Səhifə > İstisadiyyat > Neftin qiyməti ABŞ-ın koronavirusla mübarizəyə yardım ayırmasına görə artır
Neftin qiyməti ABŞ-ın koronavirusla mübarizəyə yardım ayırmasına görə artır24-03-2020, 11:45 |
|
Neftin qiyməti qitələrarası birjada bu gün ABŞ-ın bəyan etdiyi iqtisadi dəstək mexanizmlərinə görə artır. “Report” xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın koronavirus pandemiyasına görə 2 trilyon ABŞ dolları həcmində yardım paketi ayırmasının dünyada neftə olan tələbi də dəstəkləyə bilməsi və bu sahədə birmüddətlik razılaşma əldə ediləcəyi ümidi ilə yüksəlib. Nyu-Yorkun NYMEX əmtəə birjasında "Brent" markalı neftin 1 barelinin may fyuçerslərinin qiyməti 62 sent, yaxud da 2,3 faiz artaraq 27,65 ABŞ dolları təşkil edib. WTI markalı neftin 1 barelinin dəyəri isə 3,85% artaraq 24,26 ABŞ dolları təşkil edib. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kadlou bəyan edib ki, ABŞ hakimiyyəti koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün 2 trilyon ABŞ dollarından çox vəsait ayıra bilər. Rubrika.Az Geri qayıt |