Türk fubolunun əfsanəvi ismi, “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin koronavirus infeksiyasına yoluxması qardaş ölkədə böyük ajiotaj yaradıb.
Rubrika.az Yenisabah.az-a istinadla xəbər verir ki, Türkiyə müxalifəti Terimin koronavirusa yoluxmasının günahını ölkənin Gənclik və idman naziri Mehmet Kasapoğluda görür.
Bu bəyanatla ana müxalifət partiyasının sədr müavini Yıldırım Kaya çıxış edib. CHP funksioneri deyib ki, nazir Türkiyə çempionatının dayandırılmasıyla bağlı onun müraciətini qulaqardına vurduğu üçün Fatih Terim koronavirusa yoluxub.
Yıldırım Kaya ölkəsinin Gənclik və idman nazirini məhkəməyə verəcəyini bildirib.
Rubrika.az
Geri qayıt
|