Əsas Səhifə > Cəmiyyət > Mərkəzi Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
Mərkəzi Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi24-03-2020, 18:06 |
|
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul edib və vəsait köçürülüb. Bu barədə Rubrika.Az-a Mərkəzi Bankdan bildirilib. Məlumata görə, eyni zamanda Mərkəzi Bankın sədri Elman Rüstəmov bir aylıq əməkhaqqını da fonda ianə edib. Rubrika.Az Geri qayıt |