Əsas Səhifə > RubrikaTV Video > Bakı polisi koronavirusa qarşı profilaktik tədbirləri davam etdirir - VİDEO
Bakı polisi koronavirusa qarşı profilaktik tədbirləri davam etdirir - VİDEO24-03-2020, 18:09 |
|
Paytaxt polisi koronavirus infeksiyasına qarşı profilaktik tədbirlər çərçivəsində fəaliyyətini davam etdirir. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir: "İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar". Rubrika.Az Geri qayıt |