Əsas Səhifə > Siyasət > DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min köçürdü

DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min köçürdü


24-03-2020, 18:15
DMX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min köçürdü



Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat ianə ayrılıb.

Bu barədə Rubrika.Az-a DMX-nin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Miqrasiya Xidmətinin kollektivi də koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycan xalqı ilə həmrəydir.


Rubrika.Az
Geri qayıt