Əsas Səhifə > RubrikaTV Video, Hadisə > Azərbaycanda 4 yaşlı uşaq avtomobildə yanaraq öldü - VİDEO - YENİLƏNİB
Azərbaycanda 4 yaşlı uşaq avtomobildə yanaraq öldü - VİDEO - YENİLƏNİB24-03-2020, 18:24 |
|
Ucar rayonunda bədbəxt hadisə baş verib. Rubrika.Az Report-a istinadən xəbər verir ki, hadisə Təzə Şilyan kəndində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Rubrika.Az Geri qayıt |