Əsas Səhifə > Siyasət > Deputatdan humanist addım - Seçicisinin kirayə pulunu ödədi, ərzaqla təmin etdi

Deputatdan humanist addım - Seçicisinin kirayə pulunu ödədi, ərzaqla təmin etdi


24-03-2020, 19:56
Deputatdan humanist addım - Seçicisinin kirayə pulunu ödədi, ərzaqla təmin etdi


Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Ceyhun Məmmədov növbəti dəfə humanist addım atıb.

Rubrika.Az Yenisabah.az-a istinadən xəbər verir ki, Ceyhun Məmmədov Bakı şəhərində müvəqqəti məskunlaşan seçicisi Arzu Cəbrayıllının bir aylıq kirayə pulunu ödəyib.

Arzu Cəbrayıllı deyib ki, maddi kömək üçün deputat Ceyhun Məmmədova müraciət edib və o, dərhal yardım əlini uzadıb. “Deputatın köməkçisi Rəşad müəllim yaşadığım mənzilə gəlib vəziyyətlə tanış olandan sonra bir aylıq kirayə pulumu ödədi və məni ərzaqla təmin etdi. Müraciətimə opetartiv reaksiya verdiyinə görə hörmətli deputatımıza öz minnətdarlığımı bildirirəm” - deyə, Arzu Cəbrayıllı bildirib.

Rubrika.Az
Geri qayıt