Əsas Səhifə > Dünya > İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan öldü
İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan öldü25-03-2020, 11:21 |
|
İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan ölüb. RT ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, İspaniyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 40 minə yaxınlaşıb. Martın 24-nə olan məlumata görə, 39,673 xəstədə koronavirus aşkar edilib. Virus yayılmağa başlayandan İspaniyada 2696 nəfər ölüb, onlardan 514 nəfəri son 24 saatda həyatlarını itirib. 2 600 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, 3 800 nəfər isə xəstəlikdən sağalıb. Rubrika.Az Geri qayıt |