Əsas Səhifə > Cəmiyyət > Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina edib? - AÇIQLAMA

Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina edib? - AÇIQLAMA


25-03-2020, 10:20
Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina edib? - AÇIQLAMA

“Şəhərdaxili və rayondaxili 617 marşrut xətti üzrə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər”.

Rubrika.Az-ın Oxu.Az-a istinadla məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, DANX sərnişinlərin qaydalara uyğun gediş-gəlişini fasiləsiz təmin ediləcək:

“Ancaq o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq, heç bir zərurət yoxdursa, evlərimizdən çıxmayaq! Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır.

Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlir, düşünmədən çalışacaqlarını bildirirlər. Onları da evdə gözləyənləri nəzərə alaq!”

Rubrika.Az
Geri qayıt