Əsas Səhifə > Cəmiyyət > Sabaha gözlənilən hava məlumatı açıqlanıb

Sabaha gözlənilən hava məlumatı açıqlanıb


25-03-2020, 14:24
Sabaha gözlənilən hava məlumatı açıqlanıb

Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Rubrika.az "Report"a istinadla xəbər verir ki, bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Rubrika.Az
Geri qayıt