Əsas Səhifə > Bölgə > Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq olunub

Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq olunub


25-03-2020, 17:38
Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq olunub


Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti və polis şöbəsinin əməkdaşları xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparıblar.

Onlara koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri barədə ətraflı məlumat verilib, eləcə də karantin rejiminin elan edilməsi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb. Bu müddətdə evdə qalmalarının özləri və digərlərinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Onlarla maarifləndirici söhbətlər aparıldıqdan sonra həmin şəxslərə xəbərdarlıq edilib və yaşadıqları ünvanlara göndəriliblər.


Mingəçevirdə karantin rejiminə əməl etməyən şəxslərə xəbərdarlıq olunub


Rubrika.Az
Geri qayıt