Əsas Səhifə > İstisadiyyat > Əhalinin nominal gəlirləri faiz artıb
Əhalinin nominal gəlirləri faiz artıb26-03-2020, 15:59 |
|
Yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9 faiz artaraq 8 milyard 301,5 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə orta hesabla 834 manatlıq gəlir düşüb. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 milyard 475,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 8,3 faiz çox vəsait qalıb. Rubrika.Az Geri qayıt |