Əsas Səhifə > Dünya > Litvada koronavirusa yoluxanların sayı 255 nəfərə çatıb
Litvada koronavirusa yoluxanların sayı 255 nəfərə çatıb25-03-2020, 18:14 |
|
Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 46 nəfər artaraq 255-ə çatıb. Rubrika.Az xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 3471 nəfər müayinə olunub. Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 737 nəfərin analizinin 46-nın nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur. Qeyd edək ki, ölkədə bu günə qədər COVID-19 koronavirusundan 4 ölüm hadisəsi qeydə alınıb.//AZƏRTAC Rubrika.Az Geri qayıt |