Əsas Səhifə > Dünya > Gürcüstanda hamilə qadının koronavirusa yoluxma səbəbi məlum oldu

Gürcüstanda hamilə qadının koronavirusa yoluxma səbəbi məlum oldu


26-03-2020, 17:11
Gürcüstanda hamilə qadının koronavirusa yoluxma səbəbi məlum oldu


“Tbilisiyə çatdırılan hamilə qadın koronavirusun təsdiqləndiyi 62 yaşlı Marneuli sakininin yaxın qohumudur”.

Rubrika.Az, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, 62 yaşlı pasiyentin təmasda olduğu bütün şəxslərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Nazir deyib ki, hamilə qadın Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasında müalicə olunur.

Qeyd edək ki, hamilə qadınla koronavirusla bağlı aparılan ilk test yoxlaması müsbət nəticə verib. Onunla bağlı tibbi yoxlamalar davam etdirilir.//Report


Rubrika.Az
Geri qayıt