Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır

Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır


27-03-2020, 15:46
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır.

Rubrika.az-ın Oxu.Az-a istinadla məlumatına görə, bu barədə “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

Müddətin uzadılması koronavirus infeksiyası ilə bağlıdır.

Layihə Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Rubrika.az
Geri qayıt