Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Azərbaycanda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ


27-03-2020, 16:10
Azərbaycanda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

Rubrika.az
Geri qayıt