Əsas Səhifə > RubrikaTV Video > Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib - VİDEO-FOTO

Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib - VİDEO-FOTO


27-03-2020, 20:21
Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib - VİDEO-FOTO


Əlahiddə Ümumqoşun Ordunun ön xətdə xidmət edən zenitçiləri ilə praktiki atışlar keçirilib.

Rubrika.Az xəbər verir ki, "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə birləşmə, hissə və bölmələri Vətənimizin hava sərhədlərini etibarlı müdafiə edir və uğurlu döyüş növbətçiliyi həyata keçirirlər.

Hava məkanımızı müdafiə etmək kimi şərəfli xidmətləri ilə fəxr edən hərbi qulluqçularımızın bilik və bacarıqları daim təkmilləşdirilir.


Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib - VİDEO-FOTO

Növbəti dəfə isə ümumqoşun birləşməsinin ön xətdə yerləşən hava hücumundan müdafiə bölməsində 23 mm-lik zenit qurğularının heyətləri ilə praktiki atışlar keçirilib.

Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib - VİDEO-FOTO

Atışlar zamanı əsas diqqət aşağı hündürlüklərdə uçan, qəfil peyda olan, eləcə də yerüstü hədəflərin vaxtında aşkar olunaraq məhv edilməsinə yönəldilib.

Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib - VİDEO-FOTO


Atışların nəticəsi bir daha göstərdi ki, ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrimiz hər an düşmənin qəfil hava hücumunu dəf etməyə hazırdırlar.






Rubrika.Az



Geri qayıt