Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda bir sıra obyektlərin fəaliyyəti dayandırıldı - RƏSMİ

Azərbaycanda bir sıra obyektlərin fəaliyyəti dayandırıldı - RƏSMİ


30-03-2020, 10:26
Azərbaycanda bir sıra obyektlərin fəaliyyəti dayandırıldı - RƏSMİ

Azərbaycanda bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

Bunu "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O qeyd edib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən Bakıda avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət qoyulmayıb.

Rubrika.Az
Geri qayıt