Əsas Səhifə > Dünya > Konqresmen ağlaya-ağlaya Allaha yalvardı: “Bizi bağışla…
Konqresmen ağlaya-ağlaya Allaha yalvardı: “Bizi bağışla…30-03-2020, 14:10 |
|
ABŞ Nümayəndələr Palatasının üzvü Rendy Veber dünyada koronavirusun geniş yayılması ilə bağlı tədbirdə Allaha dua edib. Rubrika.Az teleqraf.com-a istinadla xəbər verir ki, tədbir martın 25-də ABŞ Konqresində keçirilib. Nümayəndələr Palatasında Texas ştatını təmsil edən konqresmen çıxışına “gəlin dua edək” deməklə başlayıb. O, çıxışı zamanı deyib: “Uca, hər şeyə qadir Allah. Sən bizim günahlarımızı bağışla və bizi bütün pisliklərdən təmizlə...” Konqresmen çıxışı zamanı bir neçə dəfə “Aman Allah, xahiş edirəm bizi bağışla... Ata, xahiş edirəm, yalvarıram bizə kömək et” deyə Allaha yalvarıb. Daha sonra göz yaşlarına hakim ola bilməyib. Qeyd edək ki, konqresmen R.Veber Respublikaçılar Partiyasının üzvüdür. ABŞ hazırda koronavirusa yoluxma hallarının sayına görə dünyada birinci yeri tutur. Rubrika.Az Geri qayıt |