Əsas Səhifə > Dünya > Ukraynada yüksək vəzifəli şəxs koronavirusa yoluxdu

Ukraynada yüksək vəzifəli şəxs koronavirusa yoluxdu


30-03-2020, 17:38
Ukraynada yüksək vəzifəli şəxs koronavirusa yoluxdu


Ukraynanın Zaporojya Vilayəti Şurasının sədri Qriqori Samardakda koronavirus aşkarlanıb.

Rubrika.Az xəbər verir ki, bu barədə Vilayət Şurasının Mətbuat xidmətindən bildirilib.

“Qriqori Samardakda COVID-19-un olması təsdiqlənib. Hazırda Vilayət Şurası sədri ailə həkiminin müşahidəsi altındadır. Onun ailəsi isə təcrid edilib”, - açıqlamada deyilir.

Qeyd edək ki, indiyədək Zaporojya vilayətində 13 yoluxma faktı qeydə alınıb. İndiyə qədər Ukraynada 480 nəfərdə koronavirus aşkarlanıb. 11 nəfər virusun qurbanı olub.


Rubrika.Az


Geri qayıt