Əsas Səhifə > Siyasət > İlham Əliyev Nazirlər Kabinetinə tapşırıq verdi

İlham Əliyev Nazirlər Kabinetinə tapşırıq verdi


30-03-2020, 18:51
İlham Əliyev Nazirlər Kabinetinə tapşırıq verdi


Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Rubrika.Az xəbər verir ki, Fərmanla “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə 2019-cu il mayın 31-də Aşqabad şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməsi tapşırılıb.


Rubrika.Az
Geri qayıt