Əsas Səhifə > Səhiyyə > Səhiyyə Nazirliyi: Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik

Səhiyyə Nazirliyi: Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik


30-03-2020, 19:11
Səhiyyə Nazirliyi: Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik


“Təəssüf ki, hələ də insanlar koronavirus təhlükəsini dərk edə bilmir. Halbuki xəbərimiz olmadan bu virusun daşıyıcısı ola bilərik”.

Rubrika.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

"Əfsuslar olsun ki, daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik. Ona görə də məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olundu. Çünki insanlar əvvəl bu məsələyə ciddi yanaşmırdı. Məsələn, kimsə darıxıb evə qonaq çağırır. Halbuki insanlarla təmasda olmaq təhlükəlidir”, - o qeyd edib.//Report


Rubrika.Az

Geri qayıt