Əsas Səhifə > Cəmiyyət > Xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinə icazə verilib
Xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinə icazə verilib30-03-2020, 20:33 |
|
Xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətinə məhdudiyyət qoyulmayacaq. Rubrika.Az-ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb. Sənəddə qeyd edilib ki, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə KİV-lərin fəaliyyətinin davam etdirilməsinə icazə verilir. Rubrika.Az Geri qayıt |