Əsas Səhifə > Din > Dini ritual xidmətlər də qadağan edildi

Dini ritual xidmətlər də qadağan edildi


30-03-2020, 20:48
Dini ritual xidmətlər də qadağan edildi


Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri martın 31-i saat 00:00-dan aprel 20-si saat 00:00-dək dayandırılır.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd olunub ki, bu, insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə elan olunan müddətdə qadağan edilib.


Rubrika.Az


Geri qayıt