Əsas Səhifə > Səhiyyə > Bu gün dünyada 48 min 375 nəfər koronavirusa yoluxub, 2936 nəfər ölüb - fəlakət siyahısı

Bu gün dünyada 48 min 375 nəfər koronavirusa yoluxub, 2936 nəfər ölüb - fəlakət siyahısı


31-03-2020, 00:05
Bu gün dünyada 48 min 375 nəfər koronavirusa yoluxub, 2936 nəfər ölüb - fəlakət  siyahısı

Son 1 saatda dünyada koronavirus (COVİD-19) infeksiyasına yoluxanların sayı sürətlə artıb.

Rubrika.az bildirir ki, son saatlarda yoluxma ən çox ABŞ və İspaniyada, ölüm halları isə İtaliya və İspaniyada qeydə alınıb. Ümumilikdə son məlumata görə dünyada 771 min 765 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Bu virusdan ümumi ölənlərin sayı isə 37 min 1 nəfərdir.

Bu gün Amerikada 14 min 799 nəfər koronavirusa yoluxub, 350 nəfər ölüb. Ümumilikdə ABŞ-da 158 min 290 nəfər koronavirusa yoluxan var. Ümumi ölüm sayı isə 2 min 933 nəfərdir.

İtalaiyada bu gün 4 min 50 nəfər yoluxub, 812 nəfər ölüb. İtaliyada koronavirusa yoluxanların sayı 101 min 739 nəfər, ölənlərin ümumi sayı isə 11 min 591 nəfərdir.

İspaniyada 5 min 85 nəfər yoluxub, 537 nəfər ölüb. Ümumilikdə bu ölkədə 85 min 195 nəfər yoluxub, 7 min 340 nəfər isə ölüb.

Son 24 saatda dünyada 48 min 375 nəfər koronavirusa yoluxub, 2 min 936 nəfər isə ölüb.

Rubrika.Az
Geri qayıt