Əsas Səhifə > Cəmiyyət > Məşhur neyrocərrah koronavirusdan vəfat edib

Məşhur neyrocərrah koronavirusdan vəfat edib


31-03-2020, 12:34
Məşhur neyrocərrah koronavirusdan vəfat edib

ABŞ-da tanınmış neyrocərrah koronavirusdan vəfat edib.

Rubrika.Az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, dünyada tanınmış pediatr neyrocərrah Ceyms Qudriç koronavirusun ağırlaşması səbəbindən həyatını itirib.

O, birləşik əkizləri ayırmaq üçün tibb elminə xüsusi metod gətirib. Belə ki, C. Qurdiç 2016-cı ildə başlarından birləşik Siyam əkizlərinin 27 saatlıq əməliyyatında 40 həkimdən ibarət qrupa rəhbərlik edib.

30 il Nyu-York xəstəxanasında pediatrik neyrocərrahiyyənin direktoru, həm də Albert Eynşteyn Tibb Kollecində professor vəzifəsində çalışmış neyrocərrah dünyanın müxtəlif ölkələrindəki tibb araşdırma mərkəzlərində mühazirələr verib.

Rubrika.Az
Geri qayıt