Əsas Səhifə > Bölgə > Gəncə 18 yaşlı oğlan bıçaqlanıb

Gəncə 18 yaşlı oğlan bıçaqlanıb


31-03-2020, 17:46
Gəncə 18 yaşlı oğlan bıçaqlanıb


Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Rubrika.Az-ın məlumatına görə, hadisə şəhərin dəmir yolu vağzalının ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əliyev Anar Zaur oğlu kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub. Hazırda A. Əliyevin vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt