Əsas Səhifə > Cəmiyyət > Bakıda itkin düşən oğlan tapıldı
Bakıda itkin düşən oğlan tapıldı31-03-2020, 18:18 |
|
Bakıda itkin düşən 24 yaşlı gənc tapılıb. Rubrika.Az xəbər verir ki, martın 17-də Sabunçu rayonu, B.Dadaşov küçəsində yaşayan, 1996-cı il təvəllüdlü T.Məmmədovun itkin düşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis bölməsinə müraciət daxil olub. Ailə üzvlərinin müraciəti əsasında Sabunçu RPİ 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 24 yaşlı T.Məmmədov tapılaraq, ailə üzvlərinə təhvil verilib.//oxu.az Rubrika.Az Geri qayıt |