Əsas Səhifə > Cəmiyyət > Azərbaycan çempionu həbs olundu - Hədə-qorxu ilə pul tələb edib

Azərbaycan çempionu həbs olundu - Hədə-qorxu ilə pul tələb edib


31-03-2020, 18:22
Azərbaycan çempionu həbs olundu - Hədə-qorxu ilə pul tələb edib


Azərbaycanın məşhur güləşçisi hədə-qorxu ilə pul tələb etmə və qanunsuz azadlıqdan məhrum etmə maddəsi ilə həbs edilib.

Rubrika.Az Yenisabah.az-a istinadən bildirir ki, Şamaxı Rayon Məhkəməsinin hakimi Etibar Hümbətov Qədirli Məsim Cahid oğlu barəsində həbs qətimkan tədbiri seçib.

Belə ki, Məsim Qədirli barəsində Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 182.2.3-cü (hədə- qorxu ilə pul tələb etmə zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Məsim Qədirli sərbəst güləş üzrə Azərbaycan çempionudur. O, yığma komandasının üzvü olub və bir çox nailiyyətlər imza atıb.


Rubrika.Az
Geri qayıt