Əsas Səhifə > Cəmiyyət > Gədəbəy bələdiyyəsinin sabiq sədrinə cinayət işi açılıb

Gədəbəy bələdiyyəsinin sabiq sədrinə cinayət işi açılıb


31-03-2020, 18:35
Gədəbəy bələdiyyəsinin sabiq sədrinə cinayət işi açılıb


Gədəbəy bələdiyyəsinin sabiq sədrinə cinayət işi açılıb. Rubrika.Az Xəbər verir ki, bu, Milli Məclisə təqdim edilən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə"də (2019-cu il üzrə) əksini tapıb.

Məruzədə qeyd edilib ki, Gədəbəy bələdiyyəsinin sabiq sədri tərəfindən təkbaşına qərarlar qəbul edilməsi, ikili protokollaşdırma aparılmaqla torpaq sahəsinin qanunsuz dövriyyədən çıxarılması və təmir-tikinti işlərinin görülməsi Adı altında 35 min 567 matın büdcədən silinməsi faktları üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.//musavat.com


Rubrika.Az
Geri qayıt