Əsas Səhifə > Dünya > Başqasını koronavirusa yoluxduran şəxsə ağır cəza – 7 il həbs
Başqasını koronavirusa yoluxduran şəxsə ağır cəza – 7 il həbs31-03-2020, 18:41 |
|
Rusiyada koronavirusa qarşı mübarizədə tədbirləri daha da sərtləşdirib. Hətta bununla bağlı xüsusi qanun hazırlanıb. Rubrika.Az xəbər verir ki, yeni qanuna əsasən, mübarizə tədbirlərinə əməl etməyənlərin hərəkətləri terror aksiyası kimi qiymətləndiriləcək. Əgər bir şəxs digər bir şəxsi virusa yoluxdura, ona 13 min 300 dollarlıq cərimə tətbiq olunacaq və ya həmin şəxs 3 il müddətinə həbs ediləcək. Lakin hadisə ölümlə nəticələnərsə, cəza daha da ağırlaşdırılacaq. Belə ki, cərimə təxminən iki dəfə artırılaraq 24 min 600 dollar olacaq, həbs cəzası isə ölənlərin sayından asılı olaraq 5-7 il arası dəyişəcək. Rubrika.Az Geri qayıt |