Əsas Səhifə > Hadisə > Bakıda oğurluq edən qardaşlar saxlanıldı

Bakıda oğurluq edən qardaşlar saxlanıldı


31-03-2020, 20:24
Bakıda oğurluq edən qardaşlar saxlanıldı


Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Rubrika.Az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.


Rubrika.Az
Geri qayıt