Əsas Səhifə > Səhiyyə > Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər

Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər


1-04-2020, 07:54
Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər Koronavirusdan sağalan insanların bəlğəm və nəcis nümunələrində SARS-CoV-2 aşkar edilə bilər. “Lenta.ru” xəbər verir ki, çinli mütəxəssislərin müvafiq araşdırması “Annals of Internal Medicine” jurnalında dərc edilib. Araşdırmada 20 yanvar – 27 fevral tarixlərində koronavirus diaqnozu ilə xəstəxanalarda yatmış 133 insan iştirak edib. Onlardan 22-də burun-boğaz nümunələrində xəstəliyinin əlamətləri aşkar edilməsə də, bəlğəm və nəcis nümunələrində təsbit edilib. Qeyd olunan nümunələrin təhlili üçün real zamanda polimeraz zəncirvari reaksiyadan istifadə edilib. Rubrika.Az
Geri qayıt