Əsas Səhifə > Dünya > Dünyada son sutka ərzində koronavirusdan ölənlərin sayı ilk dəfə dörd mini ötdü
Dünyada son sutka ərzində koronavirusdan ölənlərin sayı ilk dəfə dörd mini ötdü1-04-2020, 07:57 |
|
Pandemiya dövründə ilk dəfə bir sutka ərzində koronavirusdan ölənlərin sayı dörd mini ötüb. Son günün statistikasına görə, dünyada COVID-19-dan ölənlərin sayı 4215-ə bərabər olub. Bununla da epidemiyadan ölənlərin ümumi sayı 41983-ə çatıb. Koronavirusa yoluxanların ümumi sayı isə 850 mindən çoxdur. ABŞ-da sutka ərzində 20699 yoluxma faktı aşkarlanıb. 615 nəfər isə koronavirusun qurbanı olub. Sutka ərzində koronavirusdan ən çox ölüm hadisəsi isə İtaliyada qeydə alınıb – 837 nəfər. Çində bu virusdan ölənlərin sayı isə cəmi beş nəfər olub. Rubrika.Az Geri qayıt |