Əsas Səhifə > Cəmiyyət > Fazil Məmmədovun adamı məhkəmə qarşısında - Pul davası

Fazil Məmmədovun adamı məhkəmə qarşısında - Pul davası


1-04-2020, 14:40
Fazil Məmmədovun adamı məhkəmə qarşısında  - Pul davası Vergilər Nazirliyinin keçmiş əməkdaşı ƏƏSMN-i yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətini və DSMF-nun Nərimanov rayon şöbəsini məhkəməyə verib. Rubrika.Az-ın “Yeni Sabah”a istinadən məlumatına görə, Baxşəliyev Kəmaləddin Məcid oğlu xəstəliyi ilə əlaqədar və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi ilə bağlı xidmətə müraciət etsə də, K.Baxşəliyevin müraciətinə baxılmayıb. Bundan sonra Baxşəliyev Kəmaləddin Məcid oğlu iddiaçı qismində Bakı Inzibati Məhkəməsinə şikayət edib. Hakim Mehriban Qarayevanın sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçirilib. Xatırladaq ki, bundan öncə Ali Məhkəmə Kəmaləddin Baxşəliyevin iddiasını rədd edib. Qeyd edək ki, Mikayıl Cabbarov Vergilər naziri təyin olunduqdan sonra 2018-ci ilin yanvar ayında nazirliyin 64 məsul əməkdaşını işdən xaric etmişdi. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktorunun müavini olan Baxşəliyev Kəmaləddin Məcid oğlu da həmim zaman vəzifəsini itirən şəxslərdən olmuşdu. Keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınan və işdən çıxarılan 64 nəfərin hamısı keçmiş nazirin yaxın adamları sayılırdı. Rubrika.Az
Geri qayıt