Əsas Səhifə > Dünya > Bu ölkədə karantin rejimini pozanlar güllələnəcək - Prezident göstəriş verib
Bu ölkədə karantin rejimini pozanlar güllələnəcək - Prezident göstəriş verib2-04-2020, 17:25 |
|
Filippində karantin rejiminə əməl etməyənlər güllənəcək. Rubrika.Az Yenisabah.az-a istinadən bildirir ki, bu barədə ölkə prezidenti Rodriqo Duterte göstəriş verib. Televiziya vasitəsilə əhaliyə müraciət edən prezident bu barədə hərbçilərə çağırış edib: “Karantinə riayət etməyən şəxs həyatınıza təhlükə törədirsə, atəş açaraq onu öldürün”. R.Dutertenin bu çıxışına ötən gün paytaxt Manilada baş tutan etiraz aksiyasının səbəb olduğu ehtimal edilir. Aksiyanı dövlətdən sosial yardım ala bilməyən və aclıqla üzləşən gecəqondu ərazisinin sakinləri təşkil etmişdi. Rubrika.Az Geri qayıt |