Əsas Səhifə > Hadisə > Biləsuvarda 17 yaşlı tələbə qəfildən öldü

Biləsuvarda 17 yaşlı tələbə qəfildən öldü


2-04-2020, 17:49
Biləsuvarda 17 yaşlı tələbə qəfildən öldü


Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.

Rubrika.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Amankənd kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.

Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt