Əsas Səhifə > Hadisə > Bakı sakini qonşusunu bıçaqlayıb
Bakı sakini qonşusunu bıçaqlayıb2-04-2020, 19:57 |
|
Bakıda bıçaqlanma hadisəsi baş verib. Rubrika.Az-ın məlumtına görə, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Seymur Rəhimov qonşusu, 1965-ci il təvəllüdlü Dadaş Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. S. Rəhimov saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Rubrika.Az Geri qayıt |