Əsas Səhifə > Bölgə > Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub2-04-2020, 20:00 |
|
Aprelin 2-də Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və yerli icra nümayəndələri Aprel döyüşlərinin qəhrəmanlarından olmuş və qazanılan zəfərdə böyük şücaətlər göstərmiş şəhidlərimiz, Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid İmanov və kiçik gizir Elmidar Səfərovun məzarlarını ziyarət ediblər. Rubrika.Az xəbər verir ki, şəhidlərimizin ailə üzvlərinə başsağlığı verən rayon rəhbərliyinin nümayəndələri Azərbaycan xalqının belə vətənpərvər oğullarını heç vaxt unutmayacağını bildiriblər. O da qeyd edilib ki, Aprel zəfəri işğalçı ölkə olan Ermənistana, eləcə də bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və ədalətin gec-tez bərpa olunacağını nümayiş etdirib.//AZƏRTAC Rubrika.Az Geri qayıt |