Əsas Səhifə > Cəmiyyət > Bakıda qonşusu ilə mübahisə edən şəxs bıçaqlandı
Bakıda qonşusu ilə mübahisə edən şəxs bıçaqlandı3-04-2020, 10:26 |
|
Bakının Binəqədi rayonunda bıçaqlanma olub. Rubrika.az APA-ya istinadən xəbər verir ki, hadisə keçmiş Xutor yaşayış massivində qeydə alınıb. 1960-cı il təvəllüdlü Salmanov Şair Mehman oğlu sərxoş vəziyyətdə qonşusu ilə mübahisə edib. Nəticədə, həmin şəxs bıçaqla ona xəsarətlər yetirib. Ş.Salmanov alnının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |